azia.az
azia.az

Atəş açılan düşmən mövqeləri dağıdılmalıdır

4-09-2021, 09:36

Atəş açılan düşmən mövqeləri dağıdılmalıdır
Ekspert bildirib ki, rusların nəzarətində olan Azərbaycan ərazilərindən Azərbaycan əsgərinə qarşı atəş açılması yolverilməzdir:

"Düşmənin həm sərhəddə, həm də rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə baş verə biləcək mümkün təxribatlarına Prezident İlham Əliyevin də münasibəti bəllidir. Ona görə də hesab edirəm ki, artıq ermənilər Azərbaycanın səbr kasasını daşırmaq üçün əllərindən gələni ediblər. Azərbaycan tərəfi artıq bu məsələyə daha adekvat cavab vermək məcburiyyətindədir.

Atəş açılan düşmən mövqeləri Azərbaycan Ordusu tərəfindən dağıdılmalı və Azərbaycan ərazisi olduğu üçün həmin mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülə bilər. Biz bir neçə dəfə bu prosesi təkrarladıqdan sonra Ermənistan tərəfindən kiminsə atəşkəsi pozmağa cəhd edəcəyini real saymıram. İstənilən halda rusların nəzarətində olan Azərbaycan ərazilərindən Azərbaycan əsgərinə qarşı atəş açılması yolverilməzdir və bu ən sərt şəkildə cəzalandırılmalıdır".
Qeyd edək ki, Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

Təhməz Əsədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi