azia.az
azia.az

Rəbiyyə Məmmədovaya polis tərəfindən zor tətbiq edilib

9-03-2021, 04:02

Gənc fəal Rəbiyyə Məmmədova polis tərəfindən saxlanılıb və bir neçə saatdan sonra sərbəst buraxılıb, bu barədə Anews.az-ın hadisə yerində olan müxbiri xəbər verir.

Rəbiyyə Məmmədova bu gün "8 marş" yürüşünə qatılmaq üçün evdən çıxaraq taksiyə minib. Yolda mülki geyimli polislər maşını saxlayaraq Rəbiyyə Məmmədovanı maşından çıxarıb və Xətai rayonu polis bölməsinə aparıblar.
Rəbiyyə Məmmədovaya polis tərəfindən zor tətbiq edilib
Anews.az əməkdaşı hadisəni çəkmək istəyərkən onun telefonu əlindən alınıb və özü də 37-ci polis bölməsinə aparılaraq az sonra buraxılıbdır.

Saxlanma zamanı Rəbiyyə Məmmədovaya polis tərəfindən şiddət tətbiq olunub.

Rəbiyyə Məmmədova hazırda Sabunçu xəstəxanasına müraciət edib.

"Hazırda mən Sabunçu xəstəxanasındayam. 103-də ağrı kəsici vuruldu, polis maşınında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalmışam. Sınıq qolumu yenə burdular, saxlanılan zaman maşının içində saçım yolunub.Qulağımda və boğazımda ağrılarım var , deyə Rəbiyyə Məmmədova bildirib.

Bir qrup qadın bu gün "8 mart" Beynəlxalq Qadınlar günü ilə bağlı Bakıda "qadın zorakılığına son" şüarı altında yürüş keçirməyi planlaşdırmışdı. Onların rəsmi müraciətinə Bakı şəhər İcra hakimiyyəti icazə verməmişdi. Polis isə belə bir aksiya keçirilərsə bunun qarşısını alacaqlarını bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi