azia.az
azia.az

Çingiz Qənizadə qardaşının borc qalmaqalından danışdı: “Bunu kimlərin etdiyini bilirəm…”

1-10-2019, 20:46

Çingiz Qənizadə qardaşının borc qalmaqalından danışdı: “Bunu kimlərin etdiyini bilirəm…”
Borc qalmaqalı ilə gündəmə gələn və nəticədə deputat mandatından rəsmən imtina edən Rəfael Cəbrayılov olayından sonra daha bir deputat eyni ittihamlara tuş gəlib.
Söhbət Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olması haqda yayılan məlumatlardan gedir. Belə ki, "Accessbank" deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb. Problemli kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Çingiz Qənizadə qardaşının doğrudan da bankdan kredit götürdüyünü təsdiqləyib:
"Qardaşım Ağdaş rayonunda yaşayır, ixtisasca həkimdir. Bankdan 17 min manat kredit götürüb, yoldaşı da ona zamin durub. Həkim üçün 17 min manat o qədər də böyük məbləğli kredit deyil. Hər birimiz bankdan pul götürə bilərik, bu cinayət məsuliyyəti yaratmır”.
Millət vəkili məsələnin maraqlı qüvvələr tərəfindən gündəmə gətirildiyini və onların məqsədlərinə çatmayacağını bildirib: "Bu günlərdə Qarabağ əlillərinə qarşı edilən haqsızlığa reaksiya verməyim kimlərinsə xoşuna gəlmədiyindən məni bu yolla qaralamaq, adıma ləkə yaxmaq istəyiblər. Amma arzuları ürəklərində qalacaq. Mənə qarşı qurulan "qara piar” kampaniyasının sifarişçisinin kimliyini də bilirəm, sadəcə hələlik ad çəkmək istəmirəm”.
Selcan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi