azia.az
azia.az

Sumqayıtda fəhlələr arasında kütləvi zəhərlənmə

16-11-2019, 19:12

Sumqayıtda fəhlələr arasında kütləvi zəhərlənmə
Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindən məlumat verilib.Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir. Bu arada “Report” zəhərlənənlərin hamısının “Ustay” şirkətinin işçiləri olduğu barədə məlumat yayıb. Yaxınlıqdakı zavodlarda qaz sızması hallarına rast gəlinməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi