azia.az
azia.az

Şirvanda toyda kütləvi zəhərlənmə ilə əlaqədar kriminalist ekspertlər cəlb olunub -FOTO,YENİLƏNİB

20-07-2019, 07:04

Şirvanda toyda kütləvi zəhərlənmə ilə əlaqədar kriminalist ekspertlər cəlb olunub -FOTO,YENİLƏNİB
Şirvan şəhərində kütləvi zəhərlənmə olub. APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.
Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.Faktın təfərrüatları araşdırılır.Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.Şirvanda toy məclisində baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.
Şirvanda toyda kütləvi zəhərlənmə ilə əlaqədar kriminalist ekspertlər cəlb olunub -FOTO,YENİLƏNİB
Şirvanda toyda kütləvi zəhərlənmə ilə əlaqədar kriminalist ekspertlər cəlb olunub -FOTO,YENİLƏNİB
Şirvanda toyda kütləvi zəhərlənmə ilə əlaqədar kriminalist ekspertlər cəlb olunub -FOTO,YENİLƏNİB


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi