Azərbaycanda 200 hakim barəsində intizam icraatı başlanıldı
15 il ərzində 200 hakim barəsində intizam icraatı başlanılıb. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında bildirilib.İclasda 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb:"Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb".