azia.az
azia.az

Xəstəni ölümlə üz-üzə qoyan Aytən Səfərova ona barışıq təklif edib

17-06-2019, 09:37


Bu gün əməliyyat zamanı sidik kisəsindən xəsarət alan Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın ginekoloq Aytən Səfərovaya qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Xəstəni ölümlə üz-üzə qoyan Aytən Səfərova ona barışıq təklif edib
Azia.az Cebhe.info-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə hakim Elşad Şamayev sədrlik edib. Məhkəmə iclasında iddiaçı, onun vəkili və cavabdeh tərəfin nümayəndəsi iştirak edib. Açıq keçirilən məhkəmə prosesində hakim hər iki tərəfin birinci instansiya məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verdiyini bildirib. Məlum olub ki, həkim A.Səfərova iddiaçı tərəfə barışıq təklif edir.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə G.Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına bu ilin martında baxılıb. Zərərçəkən tərəf həkimə cinayət işinin açılmasını, əməliyyat xərclərinin qaytarılmasını və əlavə olaraq 50 min manat təzminat ödənilməsini tələb edib. Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Məhkəmənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

Onu da vurğulayaq ki, Bakı Şəhər Prokurorluğuna həkim-ginekoloq A.Səfərovaya cinayət işinin açılması ilə bağlı edilən müraciət baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərilib. Hazırda Səbail RP-da işə baxılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi