azia.az
azia.az

Əli Kərimlinin şikayəti qəbul edilmədi - 2500 ödəməlidir

14-12-2018, 12:23

Əli Kərimlinin şikayəti qəbul edilmədi - 2500 ödəməlidir
Azia.az xəbər verir ki, AXCP sədri Əli Kərimli növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə qərarı ilə 2500 manat cərimə edilən Əli Kərimli narazı qalaraq apellyasiya şikayəti verib.

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılıb. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Əli Kərimli və bir neçə cəbhəçi Baş şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstərərkən saxlanılmışdılar.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.

Saxlanılan digər şəxslər isə 513.2-ci maddə ilə təqsirli bilinib.

Əli Kərimli Səbail rayon Məhkəməsinin qərarı ilə 2500 manat məbləğində cərimə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi