azia.az
azia.az

Göyçaydan ŞİKAYƏT

13-03-2016, 14:39

Göyçaydan ŞİKAYƏT
Göyçay rayonu Cəyirli kənd sakinləri Feyzullayevlər ailəsi tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

11 nəfərdən ibarət ailəmiz Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyevin və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarovun tamahının qurbanı olub halal, qanunu pay torpaqlarımızdan istifadə edə bilmirik.Bizim çörəyimiz torpaqdan çıxır.Ancaq hakim Fərhad Əfəndiyev və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov öz tamahlarına görə ciddi qanunsuzluğa yol veriblər ki, onların bu əməlləri cinayətdir.Belə ki, Cəyirli kəndində 11 nəfərlik ailəmizə 1998- ci il tarixdə pay torpaq sahəsi verilib.Həmin torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edildiyi üçün uzun müddət çəkən məhkəmə mübahisələrindən sonra qanunu qydada 0,68 ha torpaq sahəmizin ölçüləri ekspert mütəxəsisləri tərəfindən müəyyən edilib mərz nişanları qoyuldu.Bütün bunlar Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə məhkəmə icraçıları və Əmlak Komitəsinin əməkdaşları tərfindən həyata keçirildi və buna dair akt tərtib edildi.( bütün bu prosesləri video lentə almışıq) Bundan sonra halal torpağımızda əkin- biçin aparmaq üçün orada təmizlik işləri aparmağa başladıq.Torpağımızı əvvəl zəbt etmiş Fərhad Səfərəliyev buna dözə bilməyib məhkəmədə yenidən iddia qaldırdı. Hakim Fərhad Əfəndiyev isə tam qanunsuz olaraq iddianı icraata götürüb yenidən ekspertiza keçirilməsinə dair qərardad çıxardı.Hansı ki, bu iş üzrə məhkəmənin qanunu qüvvəyə minmiş və icra olunmuş qətnaməsi var.Həmçinin bu rayon məhkəməsində yox İnzibati-İqtisadi Məhkəmədə baxılmalı olan bir iddiadır.
Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 82.3- cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Həmin Məcəllənin 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işə yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ancaq Göyçay rayon Məhkəməsinin rüşvətxor hakimi Fərhad Əfəndiyev tam qanunsuz olaraq öz tamahına görə bu iddianı icraata götürmüşdür.İddiaya əsasən guya bizim ailəyə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür, zəbt etmişik.İdddiaçı həm hakim Fərhad Əfəndiyevə həm də 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarova küllü miqdarda rüşvət verib istədiyinə nail olub.Bəlkə də indiyə qədər belə açıq aşkar özbaşınalıq, qanunsuzluq olmamışdır ki, bunu hakim Fərhad Əfəndiyevlə, 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov etmişdilər. Bu boyda özbaşınalıq olmaz.Əlimizdə sənəd-subut nəyə görə belə bir qanunsuz hərəkət edib 11 nəfərlik ailənin çörəyin əlindən alırlar.Qanunu qaydada ekspertiza keçirildi və torpaq sahələrinin ölçüləri yerlərin kimə məxsus olması müəyyən edildi və akt tərtib edildi ki, bütün bunlar Şəki İnzibati İqtisadi Məhkəməsinin qərarları ilə həyata keçirildi.İndi isə təkrar belə saxtakarlıq edib torpağımızaın əlimizdən alınması cinayətdir. Ölkədə iqtisadi böhran yaşanır Prezident kənd təsərrüfartının inkişafı üçün bütün maneələrin aradan qaldırılmasına dair müvafiq sərancamlar imzalayıb tapşırıqlar verib.Ancaq hakim Fərhad Əfəndiye və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov öz şəxsi maraqlarını ali tutub saxtakarlıqla məşğul olurlar ki, nəticədə də kəndliyə kənd təsərrüfatına zərərlər dəyir. hakim Fərhad Əfəndiyev və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov bu qanunsuz əməlləri ilə bizim ailəni çörəksiz. işsiz qoyub aclıqda yaşamağa məhkum etmişdir. Alın təri ilə , zəhmətlə çörəyi torpaqdan çıxan kəndlinin torpağını əlindən almaq , onu öldürmək deməkdir. Bu korrupsiya cinayəti barədə Prezident cənab İlham Əliyevə, Prezident yanında Apellyasiya Şurasına,Məhkəmə-Hüquq Şurasına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Əmlak Komitəsinə şikayət ərizələri ilə müraciət etmişəm.Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm öz maddi maraqlarına görə Azərbaycan Respublikasının qanunlarını qəsdən kobud şəkildə pozub, rüşvət alıb qanunu halal torpağımızı əlimizdən almaq istəyən və 11 nəfərlik ailəmizi ac, yalavac yoxsul vəziyyətə salan Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarovun qanunu qaydada cəzalandırılmasına və haqq- halal torpaqlarımızın özümüzə qaytarılmasına köməklik edəsiniz.
Əlaqə telefonu; (050) 565-16-65
1) Feyzullayev Zülfü Abdurəhman oğlu
2) Feyzullayeva Cəmilə İsmayıl qızı
3) Feyzullayev Rahim Zülfü oğlu
4) Feyzullayev Elvin Zülfü oğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi