Şabranda bir ay əvvəl selin dağıtdığı körpü hələ də bərpa edilməyib – VİDEO
Şabranda bir müddət öncə körpü uçub, nəticədə sakinlərin işi çətinləşib.
Xəbər verilir ki, görüntülər Şabran rayonunun Bor-Bor kəndindəndir. Şabançaya gələn sel kənd körpüsünü yararsız vəziyyətə salıb. Sakinlər deyir ki, övladları qonşu kənddə təhsil alır. Yol bağlı olduğundan onlar çayı keçmək üçün uşaqları çiyinlərində, təhlükəli vəziyyətdə aparmaq məcburiyyətində qalırlar.
Əslində digər ərazidə yol var, lakin bunun üçün gərək vətəndaşlar 20 km məsafəni qət etməlidirlər.
Şabran Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, beton ötürücülər mart ayında gələn seldən sonra dağılıb. Hazırda çayda suyun səviyyəsinin çox olması və yagıntılı hava şəraitinə görə ərazidə iş görmək çətinləşir. Suyun səviyyəsi enəndən sonra əraziyə texnikalar göndərilərək körpü bərpa ediləcək. Körpünün yenidən qurulması ilə bağlı da aidiyyəti üzrə məktublar ünvanlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.