İcra Başçısının birinci müavini oğluna 120 min dollarlıq "Land Cruiser" aldı
Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev oğluna "Land Cruiser" avtomobili alıb.
İcra başçısının müavininin oğlu Elnur Alıyev artıq bir neçə gündür işə həmin avtomobillə gedir.
E.Alıyevin idarə etdiyi yeni avtomobilinin qiyməti avtomobil bazarında ortalama 120 min dollardır. Şəmkir Rayon Polis İdarəsinin əməliyyatçısıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.32gun.az