azia.az
azia.az

Massllıda meşə işçiləri Muxtar Babayevə müraciət etdi

7-03-2022, 15:09

Metbuat.info vasitəsilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin bir qrup işçiləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edirlər:
Massllıda meşə işçiləri Muxtar Babayevə müraciət etdi
Hörmətli cənab nazir! Biz sizə elektron poçt vasitəsilə dəfələrlə məktublar yazmışıq, amma çox təəssüflər olsun ki, bizim məktublar sizə gəlib çatmır və onu Nazirlikdə olan bəzi məmurlar gizlədir. Biz ali təhsilli meşə mühəndisləri, hansı kı, 4-5 il Rusiya və ölkəmizin muxtəlif institut və universitetlərində meşə və ekologiya sahəsi üzrə ali təhsil almışıq, amma çox təəssüflər olsun bu gün ki, gün bizimlə (texnikum) kollec bitirən ibtidai sinif, bədən tərbiyə müəllimi, elektrik və s. arasında heç bir fərq qoyulmur, əksinə onlara bizdən yüksək vəzifə verilir. Bu isə bir başa Dövlət Başçısı cənab İlham Əliyevin siyasətinə qarşı çıxmaqdir. Məgər cənab Prezident deməmişdimi kadrlar işləməlidir və onlara əsas yer verilməlidir. Meşə sahəsi hara orta ixtisas təhsilli texniki müəllimlik hara? Bunlar tamam bir-birlərinə yad sahələrdir.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində yuxarıda sözügedən peşə sahibləri baş metəxəssis və mühəndis vəzifələrini tutur. Halbu ki, baş işçi ali təhsilli və uyğun ixtisaslı kadr olmalıdır.
Bizim Mərkəzdə kadr məsələlərinə görə vəziyyət çox biabırçı və acınacaqlıdır.
Sizdən bizim Mərkəzdə düzgün kadr islahatı aparmağı xahiş edirik.
Qarşı tərəfi də dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi