azia.az
azia.az

Rayonda ŞOK! Əri həbsdə olan qadını zorlamaq istədi: "Hava soyuq olduğuna görə..."

10-10-2021, 08:32

Rayonda ŞOK! Əri həbsdə olan qadını zorlamaq istədi: "Hava soyuq olduğuna görə..."
Gədəbəy rayonunda 1983-cü il təvəllüdlü Seymur qonşusu Məlahətin (ad şərti verilib – red.) evinə daxil olaraq, onu zorlamağa cəhd edib.

Xəbərə görə, Seymur 2019-cu ildə içkili vəziyyətdə yaşadığı evə gəlib, qeyri-rəsmi qaydada yaşadığı arvadı Səbinə ilə mübahisə edib.

Mübahisə zamanı Səbinə Seymuru Gədəbəyin Slavyanka kəndindəki evindən qovub. Evdən çıxan Tovuz rayonuna gedib, orada atasına məxsus evdə qalıb. Bir neçə gündən sonra Slavyanka kəndinə qayıdıb. Gecə saat 3 radələrində arvadının qonşuluğunda yaşayan Məlahətin mənzilinə girib, orada gecələmək istəyib.

“Birlikdə gedib-gəlmişik”

İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tovuzun Qaraxanlı kəndində anadan olub və həmin kənddə yaşayıb: “Təxminən 5 il bundan əvvəl Gədəbəy rayonu, Slavyanka kənd sakini Səbinə ilə ailə həyatı qurmuşam. Uzun müddətdir Səbinə ilə faktiki ailə münasibətində yaşayırıq. Ailə qurduqdan sonra Slavyanka kəndində məskunlaşmışam.

Lakin arabir Səbinə ilə birlikdə Tovuz rayonu, Qaraxanlı kəndinə gedib-gəlmişik. Bizimlə qonşuluqda Məlahət yaşayıb”.

“Məlahəti Bakı şəhərinə yola saldıq”

Təqsirləndirilən şəxs qeyd edib ki, Məlahətin əri Qadir 2014-cü ildə yol-nəqliyyat hadisəsində təqsirləndirildiyindən həbs edilib: “Təxminən hadisədən 1-2 ay əvvəl Qadir həbsdən azad edildi. O, hazırda Məlahətlə birlikdə Slavyanka kəndində yaşayır.

Məlahətin qızı və oğlu Bakı şəhərində yaşadığından əri Qadir həbs ediləndən sonra ilin payız aylarında Bakı şəhərinə gedir, yaz ayları isə kəndə qayıdır. Məlahət hər dəfə Bakı şəhərinə yollananda yaşadığı evin açarını arvadım Səbinəyə verib, evə baxmağı xahiş edirdi.

2018-ci ilin payız aylarından birində Məlahət Bakı şəhərinə yollandı. Ona əşyalarının daşınmasında kömək etdim. Məlahəti Bakı şəhərinə yola saldıq”.

“Evə pəncərədən girdim”

Seymur qeyd edib ki, içkili vəziyyətdə yaşadığı evə gəldikdə arvadı ilə aralarında mübahisə yaranıb: “Arvadım məni evdən qovdu, Tovuz rayonuna getdim, atama məxsus evdə qaldım. Sonradan Slavyanka kəndində olan sahibsiz daxmada gecələdim. Hava soyuq olduğuna görə Məlahətin evində gecələməli oldum.

Məlahətin evinə ikinci mərtəbədən, arxa tərəfdən daxil oldum. Evin soldan birinci otağına pəncərədən girdim, otaqdakı paltarları yerə sərdim, özümə yatacaq düzəltdim və bir neçə saat yatdım. Hava soyuq olduğuna görə bir qədər yatdıqdan sonra üşüdüyüm üçün oyandım, otaqdan çıxdım.

Eyvanda çömələrək saat 8 radələrinədək həmin vəziyyətdə yuxuladım və ayıldıqdan sonra yerə sərdiyim paltarları düzəltmədən getdim. Evin birinci mərtəbəsinə ümumiyyətlə daxil olmadım”.

“Anam pulu ödəyib”

Seymurun sözlərinə görə, bir neçə gündən sonra Məlahət Bakı şəhərindən Slavyanka kəndinə gəlib: “Rayon polis şöbəsinə evindən 1000 manat pulun oğurlanması barədə şikayət etdi. Bundan sonra Məlahətə hava soyuq olduğuna görə evində gecələdiyimi özüm dedim.

Bunu dedikdən sonra arvadım və qayınanam onun yaşadığı evin qapısını döydülər, Məlahət mənə dedi ki, kartof saxladığı otağa keçim. Bundan sonra polis əməkdaşları evə gəldilər. Məlahət mənim onu zorlamağa cəhd etməyim və 1000 manat pulunu oğurlamağım barədə rayon polis şöbəsinə şikayət etdi.

Məlahətin evindən pul oğurlamamışam. Onun evində pul olması barədə məlumatım olmayıb. Məlahətin 1000 manat pulu olmasına və həmin məbləğdə pulu evində qoyaraq Bakı şəhərinə getməsinə inanmıram. Əsassız iddialardan, şər-böhtandan yaxa qurtarmağım üçün anam pulu onlara ödəyib”.

Seymur qeyd edib ki, bu hadisədən sonra Tovuz, Daşkəsən, Göygöl, Samux rayonu ərazilərində fəhləliklə məşğul olub: “Həmçinin mobil telefon işlətməmişəm. Mənimlə heç kimin əlaqə saxlamadığını görüb, iş-güclə məşğul olmuşam. Barəmdə axtarış elan edilməsindən, Gədəbəy rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının məni axtarmasından xəbərim olmayıb.

Məlahətin icazəsi olmadan evinə girmişəm. Lakin Məlahəti zorlamağa cəhd göstərməmişəm”.

“Açarı Seymurun arvadına verdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahətin sözlərinə görə, Seymuru təxminən 4-5 ildir tanıyır: “Seymur qonşumuz Səbinə ilə qeyri-rəsmi nikahdadır. Onunla əvvəllər düşmənçiliyim olmayıb. 2018-ci ilin noyabrında Bakı şəhərinə oğlum və qızımın yanına getdim.

Bakıya getməmişdən əvvəl yaşadığım evin birinci mərtəbəsinin giriş qapısının açarını Seymurun arvadı Səbinəyə verdim ki, eyvana yığılmış 12 kisə kartofu əri ilə birlikdə satsınlar.

Ərim 1-ci qrup əlildir, pensiya alır. Tutulduqdan sonra ərimin pensiya kartı məndə olub, hər ay pulu çəkib, dar gün üçün saxlamışam. Bakıya gedərkən ərimin pensiya kartından 10 ay ərzində çəkdiyim 1000 manat məbləğində pulu əl çantamın içərisinə qoydum, çantanı isə evin ikinci mərtəbəsindəki yataq otağında üzərinə yorğan-döşək yığılmış çarpayıda döşəklərin arasına gizlətdim.

ƏTRAFLI
live-legend.borjomi.

Həmin yataq otağının qapısını çöldən qıfılladım, açarını özümlə götürdüm”.

“Hiss etdim ki, evinə kimsə daxil olub”

Məlahət qeyd edib ki, 2019-cu il martın 11-də bayramqabağı olduğu üçün rayonun Slavyanka kəndindəki yaşadığı evə qayıdıb: “Evə gələndə günorta saat təxminən 12-13 radələri olub. Evə gəlməmişdən əvvəl birinci mərtəbəyə giriş qapısının açarını almaq üçün Seymurun arvadı Səbinənin istifadəsində olan mobil nömrəyə zəng etdim, ondan açarı gətirməsini istədim.

Səbinə cavabında kartof yığdığını, açarı isə yaşadığı evin giriş qapısının qarşısındakı çantaya qoyduğunu söylədi. Bundan sonra Seymurgilə getdim, Səbinənin dediyi yerdən yaşadığı evin açarını götürdüm, öz evimə gəldim.

Yaşadığım ev təxminən 15 il əvvəl ərim tərəfindən inşa edilib. Həmin ev Slavyanka kəndinin icra nümayəndəliyində qeydiyyatdadır. Birinci mərtəbənin giriş qapısını açdım, evə daxil olduqda əvvəlcə yataq otağını təmizlədim. Sonra Səbinənin azyaşlı oğlu evə gəldi. Onunla birlikdə yaşadığım evin ön tərəfinə keçdik, oradan evin ikinci mərtəbəsinə daxil olduq. Uşaq mənim özümlə gətirdiyim bəzi əşyaları ikinci mərtəbəyə yerləşdirilməkdə köməklik etdi.

İkinci mərtəbəyə qalxdıqda, qapının əvəzinə çərçivədən asdığım ədyalın bir tərəfinin açıq olduğunu gördüm. Elə zənn etdim ki, külək açıb. Evə daxil olduqda sol pəncərə açıq idi. Evimə kiminsə daxil olmasından şübhələndim. Sol tərəfdəki otağa baxanda ərimə məxsus gödəkçəni və paltarlarımı yerdə sərili gördüm. Hiss etdim ki, evə kimsə daxil olub və paltarların üzərində uzanıb”.

“Pulun orada olmadığını gördüm”

Məlahət qeyd edib ki, digər yataq otağının qapısına yaxınlaşdıqda, otağa giriş qapısının şüşəsinin bir hissəsinin sındırıldığını görüb: “Açarla qapını açaraq otağa daxil oldum. Qapının qırılmış şüşə hissələrinin otağın içərisinə, qapının qarşısına töküldüyünü gördüm.

Evə girən şəxsin otağa haradan daxil olmasını müəyyən etmək üçün dərhal otaqdan çıxdım, pəncərəyə baxdım və pəncərə şüşəsinin bir hissəsinin sındırıldığını, pəncərənin isə bir qədər açıq vəziyyətdə olduğunu gördüm. Halbuki Bakı şəhərinə getdiyim vaxt həmin otağın pəncərəsini içəridən cəftə ilə bağlamışdım.

1000 manat pulun qoyduğum yerdə olub-olmamasını yoxlamaq üçün döşəkləri əlimlə yuxarıya doğru qaldırdım, içərisinə pul qoyduğum əl çantasının bir qədər irəlidə olduğunu gördüm. Çantada pul yox idi”.

“Məni boğmağa çalışdı”

Məlahətin ifadəsinə görə, Daxili İşlər Nazirliyinin 102 Qaynar Xətt xidmətinə zəng edib və yaşadığı evdən 1000 manat pulun oğurlandığını bildirib: “Bir qədər sonra yaşadığım evə polis əməkdaşları gəldi. Baxış keçirdilər və məndən izahat aldılar.

Bir neçə gün sonra gecə yaşadığım evin birinci mərtəbəsindəki yataq otağında yatdığım vaxt boğulduğumu hiss etdim və oyandım. Gözlərimi açdıqda kiminsə yorğan və ya əski parçası ilə ağzımı, burnumu tutaraq məni boğmağa çalışdığını gördüm. Əllərimlə onu itələdim, çarpayıda oturdum. Həmin şəxs məndən aralandıqda, onun qonşumuz Seymur olduğunu, əynində paltar olmadığını gördüm.

Daha sonra Seymur başımın altına qoyduğum yastığı götürdü, üzümə qoyaraq məni boğmağa çalışdı”.

“Məni zorlayacağını bildirdi”

Məlahət qeyd edib ki, həmin vaxt Seymuru itələyib və özündən aralayıb: “Seymur ondan şikayət etdiyimə görə məni zorlayacağını bildirdi. Əvvəlcə əynimdəki kalqotkamı və alt paltarlarımı, daha sonra zəncirbəndli jaketimi çıxartdı. Digər paltarlarımı çıxarmağına imkan vermədim.

Seymura baxdıqda, onun tamamilə lüt olduğunu, əynində heç bir paltar olmadığını gördüm. Əynimdəki paltarları soyundurduğu vaxt ağlayaraq, qışqırdım.Onu itələyərək müqavimət göstərməyə çalışsam da, Seymur əlləri ilə səsim çıxmasın deyə ağzımdan tutdu”.

“Nə demək istədiyimi başa düşdü”

Məlahət deyib ki, Seymur onunla cinsi əlaqədə ola bilməyib: “Seymurun sakitləşməsi üçün ağlayaraq yalvardım. Seymur sakitləşdi, məndən aralandı və paltarlarını geyindi, stolun üzərindəki termosdan özünə çay süzərək içdi. Çay içə-içə Seymur məndən üzr istədi. Daha sonra ayağa qalxdım. Paltarlarımı geyindim, Seymuru sakitləşməsi üçün yalvarmağa başladım. Onu tutdurmayacağımı vəd etdim.

Seymur mənə polis əməkdaşı Raminə zəng etməyimi, evimdən oğurluq etmədiyini deməyimi tələb etdi. Saat təxminən 01.20-də Gədəbəy rayon polis şöbəsinin əməkdaşı Raminin istifadəsində olan mobil nömrəyə zəng vurdum, özümü təqdim etdim və qorxumdan Seymurun yaşadığım evdə olduğunu deməsəm də, Seymurdan şikayətçi olmadığımı, onun evimdən 1000 manat məbləğində pul oğurlamadığını dedim.

Təhlükəsizliyimin təmin edilməsi üçün yaşadığım evə polis göndərməsini istədim. Ramin mənim nə demək istədiyimi başa düşdü”.

“Seymuru polis şöbəsinə apardılar”

Məlahətin ifadəsinə görə, Ramin müəllim Seymurun istifadəsində olan mobil nömrəyə zəng edib və ondan harada olduğunu soruşub: “Seymur Raminə hazırda tanımadığı bir nəfərin evində çay içdiyini, oradan Slavyanka kəndinə gedəcəyini bildirdi. Mən evin həyətinə çıxaraq, tualetə getdim. Tualetdə polis əməkdaşlarından birinin istifadəsində olan mobil nömrəyə zəng etdim və Seymuru sakitləşdirdiyimi, hazırda evimdə olduğunu söylədim.

Bir qədər sonra birinci mərtəbəyə giriş qapsı çöldən döyüldü. Seymur yan otağa, yəni kartof damına girdi. Qapını açdıqda Seymurun arvadı və qayınanası eyvana daxil oldular. Səbinə Seymurdan şikayət etdiyimə görə mənimlə mübahisə etdi. Bir qədər sonra polis əməkdaşları gəldilər. Onlar içəri daxil olduqda Seymurun kartof damında olduğunu bildirdim. Polislər Seymuru oradan çıxarıb, polis şöbəsinə apardılar”.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə televizor baxılıb.

Seymur 8 ay 18 gün islah işləri cəzasına məhkum olunub. Teleqraf


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi