azia.az
azia.az

Deputat Novruz Aslanov Ağdama və Goranboyda son hadisələrdən zərər çəkmiş əhali ilə görüşüb

21-04-2016, 11:29

Deputat Novruz Aslanov Ağdama və Goranboyda son hadisələrdən zərər çəkmiş əhali ilə görüşüb Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Az.QAC) prezidenti, millət vəkili Novruz Aslanov Goranboy və Ağdam rayonlarında məlum hadisələrdən sonra zərər çəkmiş əhali ilə görüşmək məqsədilə həmin rayonlara gedib.
Novruz Aslanovu bu səfərdə Az.QAC-ın idarə rəisi, vitse-prezident Əziz Qocayev və İcraçı katibi Ceyhun Mirzəyev müşayiət edib. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Goranboy rayonundan seçilmiş deputat Mahir Aslanovla birgə təmas xəttində əhali ilə görüşən Novruz Aslanov onların problemləri, Az.QAC tərəfindən edilən yardımlar, xüsusilə hər bir ailəyə verilən çadırlar və oradakı şəraitlə yaxından tanış olub. Millət vəkili təmas xəttində yaşayan əhaliyə münaqişə zamanı öz yerlərini tərk etməyərək göstərdikləri mərdliyə və cəsarətə görə təşəkkür edib, Azərbaycanın işğal olunmuş torpaqlarının tezliklə azad olunacağının və hazırda bu istiqamətdə bütün zəruri addımların atıldığını bildirib.
Sonra Az.QAC-ın Goranboy rayon bölməsi və könüllüləri ilə görüş keçirilmib, münaqişə ilə əlaqədar Az.QAC-ın öz missiyasına uyğun humanitar yardımların edilməsi və zəruri fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
Novruz Aslanov sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla birgə təmas xəttində yerləşən Çəmənli və Sarıcalı kəndlərində insanlar ilə görüşüb, Az.QAC tərəfıindən edilən yardımlarla yerində tanış olub, həmçinin zərər çəkmiş evlərə və obyektlərə baxış keçirib. Sonra Ağdam rayon Şəhidlər Kompleksi ziyarət edilib.
Məlumat üçün bildirək ki, Novruz Aslanovun Az.QAC-ın missiyasına uyğun olaraq Dağlıq Qarabağın cəbhə bölgəsində yerləşən digər rayonlarına da səfəri nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi