azia.az
azia.az

Sən demə ağlamalı filmlər izləmək ağrıları kəsir - Mütəxəssiz açıqladı

13-11-2018, 08:21

Sən demə ağlamalı filmlər izləmək ağrıları kəsir - Mütəxəssiz açıqladı


Çoxumuz kədərli filmlər seyr edərkən ekran başında göz yaşı tökürük. Bu tez-tez yaşadığımız vəziyyət sən demə ağrılara olan möhkəmliyimizi artırmış. Mütəxəssis açıqlayır.

Türkiyəli Uzman Klinik Psixoloq və Hipnoz Mütəxəssisi Mehmet Başkak, ağladan dramatik filmlərin, televiziya seriallarının nə üçün bu qədər cazibədar olduğunu belə açıqlayır: "Dramatik, faciəli, kədərli filmlər izləmək, beyin tərəfindən istehsal edilən, insanı özünü yaxşı hiss etdirən və ağrı kəsici xüsusiyyəti olan kimyəvi maddələrin səviyyələrini artıraraq, bir qrup içindəki insanlar arasındakı telləri möhkəmləndirir və insanlardakı ağrı tolerantlıq səviyyələrini yüksəldir.

Belə bir ehtimalın mümkün olub-olmadığını kəşf etmək üçün, aparılan ciddi laboratoriya işlərinin olduğunu bildirən Mehmet Başkak, "Aparılan təcrübələrdən birində, bir-birini tanımayan insanlara dramatik bir film olan "Stuart: A Lifə Backwards" izlətdirildi. Bu film gerçək bir həyat hekayəsinə əsaslanır və əlil, evsiz, narkotik və alkoqol asılılığı olan şəxsin hekayəsindən bəhs edir. Başqa bir qrupda isə, ard-arda iki geoloji və arxeoloji sənədli film izlətdirildi. Dramatik filmi izləyənlər arasında ağrıya dözümlülüklərinin 13 faiz nisbətində artdığı, buna qarşılıq sənədli film izləyən qrupdakı iştirakçıların ağrıya dözümlülük nisbətini 4 faiz azaldığı müşahidə olunub. Nəticədə dramatik filmi izləyən qrupda, nəzarət qrupundakı fənnlərlə müqayisədə, ağrıya dözümlülük hardasa 18 faiz artıb. Bundan başqa, ağrıya dözümlülük artımı olan insanlarda, qrup yoldaşlarına qarşı mənsubluq duyğularında da artım olub.

Əldə edilən nəticə qrup içi bağlanma təsirinin yalnız müsbət duyğular vasitəsilə ortaya çıxmaması olub. Romantik təcrübəni birlikdə yaşamaq endorfin hormonunu hərəkətə keçirir və ətrafınızdakı insanlara özünüzü daha yaxın hiss etməyə başlayırsınız. Çünki beyinin fiziki ağrıyla başa çıxan hissələri eyni zamanda insanın yaşadığı psixoloji çətinliklərdə də dövrəyə girir".

Dramatik tv seriallarının izlənmə faizinin yüksək olmasının səbəblərinə də diqqət çəkən Psixoloq Məmməd Başqa, kədərli filmləri mütəmadi izləyənlərin psixoloji vəziyyəti ilə bağlı bu sözləri deyib: "İnsanlar kədərli ssenarilər və tv serialları sayəsində toplanmış, boğulmuş hisslərini ekran qarşısında verdikləri reaksiyalarla risksiz ifadə etmək imkanı tapmış olurlar. Divanında oturarkən reaksiyalarını dilə gətirir, ağlayır, bunu yoldaşlarıyla söhbətlərində bölüşür və beləliklə də gizli gündəliklərini kədərli filmlər üzərindən danışmış olurlar. Bu da endorfin maddələrinin artması ilə əldə edilən bir arada olma, ətrafdakılara özünü yaxın hiss etmə duyğularına əlavə bir imkan yaratmış olur.

Bununla yanaşı, ekran qarşısında daim narahat, dramatik kədərli filmlər qarşısında, insanın öz həyatı ilə bağlı mənfi təcrübələri, duyğuları sıxlaşarkən, şüuraltı prosesdə buna qarşı müqavimət və ayaqda qalma mexanizmi hərəkətə keçmiş olur. Monitorinqlərdə öz problemlərinə qarşı avtomatik bir laqeyidlilik yaranır." \\Open.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi