Epidemiyalar niyə Çində başlayır? – Gerçək SƏBƏBLƏR
Epidemiyalar niyə Çində başlayır? – Gerçək SƏBƏBLƏR
Koronavirus pandemiyası dünyanı əsarəti altına alandan sonra gündəmə gələn suallardan biri də niyə ölümcül virusların Çində peyda olması haqdadır. SARS, quş qripi,
Azia.az xəbər verir ki, İsveçrənin “Zürcher Zeitung” nəşri bu sualı araşdırıb.
Nəşr yazır ki, bunun başlıca səbəbi təbiidir: “Çində əhali çoxdur və insanlar sıx halda yaşayır. Bununla yanaşı. Çinin böyük hissəsi dağlıq və təpəlikdir. Kənd təsərrüfatı üçün yararlı torpaq azdır, buna görə də əhalinin qida rasionunu müxtəlif heyvanlar təşkil edir. Bunların əsas hisəsini toyuqlar və digər quşlar təşkil edir. Burada maraqlı səbəblərdən biri Çində toyuqların saxlanılma şəraitidir. Toyuqları əsasən sənaye təsərrüfatlarında böyüdürlər, yəni bağlı yerlərdə, eləcə də ördəkləri kütləvi şəkildə yetişdirirlər. Halbuki, bu quşların təbiətdə böyüməsi, açıq havada olması lazımdır. Qapalı yerdə qalan quşlar potensial virus daşıyıcıları və ötürücüləridir”.
Nəşr qeyd edir ki, virusun heyvandan insana ötürülməsinin iki yolu var: “Birincisi, istehsalda, yəni fermalarda, yaxud kənd təsərrüfatı müəssisələrində insanlara keçir, ikincisi, bazarlarda. Çində adətən quşları və heyvanları bazarlarda canlı olaraq satırlar. Burada əsas səbəblərdən biri Çin xalqının xüsusiyyətidir. Çinlilər alacaqları heyvanı canlı görmək istəyir, əmin olmaq istəyir ki, heyvan daha əvvəl hansısa xəstəlikdən ölməyib. Bununla yanaşı, vəhşi heyvanların da satışı təşkil olunur. Araşdırmalar göstərir ki, epidemiyaların Çində başlamasının əsas səbəbi yerli kulinariyadır”, - məqalədə bildirilir.