Barrikada açıldı, BTR aparıldı
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Aksiyanın 8-ci günündə yeni hadisələr yaşanıb.
Belə ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı açıblar. Bundan başqa, zirehli texnika olan BTR-in də ərazidən geri çəkildiyi bildirilir.