azia.az
azia.az

Tural Cavadov: Bu idmanı, idmançıları məhv etməyin!

11-06-2017, 14:36

Tural Cavadov: Bu idmanı, idmançıları məhv etməyin!


Buradan bəzi dırnaqarası müəllimlərə deyirəm ki, 2 əl, 2 ayaq atmaq müəllimlik deyil. Bu idmanı, idmançıları məhv etməyin. Ola bilər ki tanınmış idmançı olarsan nəyinsə xatirinə amma o sənə müəllimlik etməyə haqq qazandırmamalıdır.

Bu sözləri Dünya və Avropa çempionu, təcrübəli məşqçi Tural Cavadov deyib: "Müəllimlik müdrik sənətdir. Taysonun müəllimi elə də tanınmış insan olmayıb amma, Tayson kimi idmançı yetişdirib, təcrübəsi ilə savadı ilə. Atdığı zərbənin mahiyyətini bilməyən müəllim işləyir. Mən çox istəyərdim ki seminarlar keçirilsin, kimin hansı bacarığa, hansı istedada malik olduğunu o seminar göstərsin. Tələbəylə belə davranmağı bilməyən bəzi dırnaqarası müəllimlər, gedin ondansa birinci davranışınızı, tələbəyə hansı cür müraciət etməyinizi öyrənin. Hansısa zaldan çıxan idmançını görürsən ki ağzının danışığını bilmir, küçə uşağı ondan yaxşı danışır. Biz məşq keçirik ki, idmançılar düzgün addımlasın, necə gəldi yaşamasınlar. İdman qrumları var, görsünlər xahiş edirəm, bir tədbir görsünlər".

Nuranə Abdullayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi