Xəzər rayonu Binə qəsəbəsində 218 saylı tam orta məktəbdə kikboksinq və karate idman növləri uzrə məşq təlimləri keçən idman ustası Əliyev Əli sui -qəsdə məruz qalıb.
İşdən sonra öz yetirməsiylə idarə etdiyi maşına minərkən ani olaraq 3 nəfər əlində döyənək və bıçaqla Əliyə təzyiq göstəriblər.
Təcavüz planına başçılıq edən Binə qəsəbə sakini Ceyhundur. Onun qardaşı maşında arxa tərəfdə oturaraq Əlinin boğazına bıçağı dirəyərək səs- küy salmamasını,hadisə yerindən uzaqlaşmasını tələb edib. Ancaq Əli cəld tərpənib maşını tez tərk edib, daha sonra Ceyhun və adamları Əliyə elə məktəbin həyətində təzyiq göstərməyə çalışıb,cinayətkarlar Əliyə kişi kimi söhbət etmək bəhanəsilə qara pərdəli ford markalı mikroavtobusa əyləşməsini xahis edib.
Dəstənin maşınına minən kimi 9-10 nəfər əllərində dəyənəklərlə Əlinin başına dayanmadan çoxlu sayda zərbələr vurublar.
Şəxsi münasibətlər zəminində törənmiş hadisədə zərərçəkmiş idmançi Əliyev bir neçə saat fasilələrlə baş və bədən nahiyələrindən küt alətlərdən zərbələr almış, özündən getmiş idmançını ayıltmaqçün bədəninə, əllərinə bıçaqla deşiklər açmışlar . Bu azmış kimi özünü qorumağa çalışan idmançını boğmağa cəhd ediblər. Əlinin boğaz nahiyyəsində əl izləri də var.
Zərərçəkənlə söhbət etdiyim zaman bəlli olur ki, dəstənin fəal üzvləri möhkəm döyülmüş və huşunu itirmiş idmançımıza polisə xəbər verməmək ücün hədə qorxu gələrək, onu maşında halsız vəziyyətdə qoyub hadisə yerindən uzaqlaşıblar. Doğmaları tərəfindən Əli Sabunçu xəstəxanasına yerləşdirilib. Baş- beyin silkələnməsi, burun nahiyyəsində 2 sınıq əlaməti, bədəndə bıçaq yaraları ilə həkim nəzarəti altına alınıb. Cinayətkar dəstənin aşkarlanması işinə Xəzər Rayonunun Buzovna qəsəbəsi Polis idarəsinin əməkdaşları tərəfindən Ceyhun və onun adamları tutulub, şübhəli şəxs qismində saxlanılıb. Hal- hazırda qəsdən sağlamlığa xəsarət yetirmək maddəsiylə Xatırladaq ki, Xəzər Rayon Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Əli ailəlidir, iki övlad sahibidir. Xatırladaq ki, hadisə törənəndən 10 gün qabaq idmançımız Ukraynanın Odessa şəhərində dünya kuboku üzrə yarışda qalib gəlmiş, vətənə qızıl medal, kubok sahibi kimi qayıtmışdır.
Qeyd edək ki, 27 yaşlı idman ustası Əliyev Əli Böyükağa oğlu karate üzrə dəfələrlə dünya çempionu olmuş,yüksək nailiyyətlər qazanmışdır.O, Şüvəlan qəsəbəsində yerləşən Mədəniyyət evində məşqçi kimi fəaliyyət göstərir.Azərbaycanın üçrəngli bayrağını dünya idman arenasında zirvələrə qaldırmış Əlinin idmanın sirlərini öyrətdiyi bir çox yetirmələri var.
Vüsalə Rüfət