azia.az
azia.az

“Real”ın 3 futbolçusunun taleyinə aydınlıq gəldi

18-06-2016, 06:34

“Real”ın 3 futbolçusunun taleyinə aydınlıq gəldi “Real”ın baş məşqçisi Zinəddin Zidan klub prezidenti Florentino Pereslə 3 futbolçu barədə görüş keçirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, görüşdə müdafiəçi Rafael Varan və yarımmüdafiəçilər Hames Rodrigeslə İskonun durumu müzakirə olunub.

İskonun ona lazımlı futbolçu olduğunu bildirən Zidan 24 yaşlı oyunçunun qalmasını tələb edib. Müqavilə müddəti 2018-ci ilin yayına qədər olan ispaniyalı oyunçu özü də qalmağın tərəfdarıdı. Digər yarımmüdafiəçi Hames Rodrigesin taleyinə isə gələcək təkliflər aydınlıq gətirəcək. Əgər sərfəli təklif olarsa, “kral klubu” onu yola salacaq.

O ki qaldı Rafael Varana, “Mançester Yunayted”, “Çelsi”, PSJ kimi klubların maraq dairəsində olan gənc müdafiəçinin komandada qalması qərara alınıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi