azia.az
azia.az

Bakının ən böyük prospekti bağlanır

3-04-2017, 10:52

Bakının ən böyük prospekti bağlanır


Təmir iki gün davam edəcək

Bu günün Bakının ən böyük prospektlərindən birində maşınların hərəkəti məhdudlaşdırılır. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır. Məhdudiyyət təmir işləri ilə bağlıdır.

Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi