azia.az
azia.az

Həssas sosial qrupların müdafiəsi gücləndiriləcək

29-09-2016, 15:09

Həssas sosial qrupların müdafiəsi gücləndiriləcək
Ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2017-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2117,7 mln. manat vəsait proqnozlaşdırılıb

azia.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə 2017-ci il üçün dövlət büdcəsinin layihəsində qeyd olunub.

2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1270,0 mln. manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayırmaların ( transfertin), 597,9 mln. manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 242, 2 mln. manatı Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin, o cümlədən məcburi köçkünlərin 850-dən artıq məskunlaşmış obyektlərinin cari təmirinin, məcburi köçkünlərin istifadə etdikləri enerjinin, su haqqının və kanalizasiya xidmətlərinin, mövsümündən asılı olaraq təbii qazın və istilik enerjisinin dəyərinin ödənilməsinin və onlara verilən müavinətlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Layihədə qeyd olunur ki, manatın xarici valyutalara nisbətən ucuzlaşması fonunda ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımın, həmçinin dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqlarının artımlarının növbəti ildə də tətbiqinin davamı olaraq 2017-ci ilin dövlət büdcəsi layihəsində 436 milyon manat vəsait nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi