azia.az
azia.az

Ərdoğan Füzuli ayraportunda belə qarşılanır - CANLI YAYIM

26-10-2021, 15:06

Ərdoğan Füzuli ayraportunda belə qarşılanır - CANLI YAYIM
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi reyslə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Oxu24.com-un məlumatına görə, Türkiyə Prezidentinin qarşılanma mərasimi keçirilir.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Prezidenti Vətən müharibəsi nəticəsində azad edilmiş Füzuli rayonunda inşası qısa müddət ərzində başa çatmış beynəlxalq hava limanının açılışında, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək "ağıllı aqropark"ın təməlqoyma mərasimində iştirak edəcək. Səfər çərçivəsində keçirilən görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı addımlar müzakirə olunacaq. Səfər zamanı, həmçinin ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi