azia.az
azia.az

Bakıda hakim jurnalistlərə xəbərdarlıq etdi: - Çəkməyin…

9-02-2019, 12:22

Bakıda hakim jurnalistlərə xəbərdarlıq etdi: - Çəkməyin…

Azia.az xəbər verir ki,Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə şahid Gülnar Muradovanın növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.

Məhkəmə həmin şahid barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Daha sonra Anar Məmmədovun vəkili Elçin Sadıqov vəsatət verib. O, ekspert Bəxtiyar Əliyevin də əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Vəkil qeyd edib ki, ekspert rəyində anlaşılmayan bir çox ifadələr var.

Hakim vəsatəti təmin edib.

Prosesdə hakim məhkəmə zalında olan jurnalistlərə və digər proses iştirakçılarına xəbərdarlıq edib. Hakim deyib ki, ötən məhkəmə iclasında iştirak edən iki zərərçəkmiş qadının fotosu çəkilərək sosial şəbəkələrdə və mətbuatda dərc edilib.

Hakim məhkəmə zalında şəkil çəkməyin qadağan olduğunu söyləyib. Deyib ki, məhkəmə zalında foto şəkilin çəkilməsinə icazə verilmir.

Hakim jurnalistlərə və digər proses iştirakçılarına sonuncu xəbərdarlıq etdiyini də açıqlayıb.

Növbəti proses fevralın 19-də davam edəcək.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi