azia.az
azia.az

Barış Mançonun gizli sevgisi üzə çıxdı: hər gün o müğənninin qapısına... - FOTO

4-02-2016, 19:13

Barış Mançonun gizli sevgisi üzə çıxdı: hər gün o müğənninin qapısına... - FOTO 17 il bundan əvvəl dünyasını dəyişən Türkiyənin məşhur müğənnisi, pop-star Barış Mançonun gizli sevgisi üzə çıxıb.

Türkiyə mətbuatının məlumatına görə, bu barədə jurnalist Şenay Düdek yazıb. Jurnalist bildirib ki, B. Manço subay olduğu zaman maraqlı sevgi hekayəsi yaşayıb. Müğənni ilə dost, sirdaş olduqlarını yazan Şenay xanım hadisənin 1978-ci ildə İzmirdə keçirilən festivalda üzə çıxdığını deyir: “O vaxtlar mən də gənc jurnalist idim. Rəhmətlik Barış ögey atası ilə birlikdə gəlmişdi və otellərin birində qalırdılar. Barış subay idi. Həmin vaxt eyni komandada işləyən bir sənətçiyə aşiq olmuşdu. Qızınsa heç bir şeydən xəbəri yox idi. Barış mühafizəçilərdən biri ilə danışıb razılığa gələrək hər səhər heç kəs yuxudan oyanmamış qızın qapısına bir gül yollayardı. Qız da mənim dostum idi. Günlərin birində bütün heyətlə yemək yeyən zaman qız qayıtdı ki, "kimdir bilmirəm, amma axmağın biri hər səhər qapımın ağzına bir gül qoyur. Kimsənsə qapını döy de, elə deyil?".Barış qıpqırmızı oldu. Mən də. Amma yenə də onun qapısına gül yollamaqda davam etdi”.
Festival bitdikdən sonra Ş. Düdek həmin qıza gülləri Barış Mançonun yolladığını deyir. Qız da Barışdan çoxdan xoşu gəldiyini etiraf edir. Jurnalist yazıda həmin xanımın Seyyal Taner olduğunu açıqlayıb. Sonra isə onların bu sevgisi bütün İstanbula yayılır.
Şenay xanım hər zaman geyim tərzi ilə seçilən B. Mançonun modelyerindən də bəhs edib. Demə, məşhur pop-star geyimlərini hər zaman modelyer Ertan Kayitkenə tikdirirmiş.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi