azia.az
azia.az

WhatsApp-dan daha bir yenilik

23-11-2016, 18:09

WhatsApp-dan daha bir yenilik
WhatsApp daha bir yenilik ilə istifadəçilərini sevindirib. Artıq WhatsApp-a göndərilən videoları yükləmədən izləmək mümkün olacaq

İstər sosial əlaqə vasitələri, istərsə də mesajlaşma xidmətləri hər gün öz istifadəçilərinə yeniliklər təqdim etməkdə davam edirlər. Bunun əsas səbəbi isə gün keçdikcə belə sosial platformaların çoxalmasıdır.

Son zamanlar WhatsApp da bir çox yeniliklər təqdim etməkdədir. WhatsApp-ın sonuncu yeniliyi isə istifadəçilərin canlı olaraq bir-biri ilə ünsiyyətini təmin etmək idi. WhatsApp daha bir gecikmiş yeniliyini təqdim edib. Artıq istifadəçilər bir-birinə göndərdikləri videoları yükləmədən də izləyə biləcəklər. Bu xəbər bir çox istifadəçini sevindirəcək, çünki bir çoxları videonu açıb izləmək üçün onu yükləməli və bu bir qədər vaxt itkisinə səbəb olurdu.

azia.az technote.az-a istinadən xəbər verir ki, gələn yenilənmə ilə artıq bu problem həll olunacaq. Həmçinin onu da qeyd edək ki, yenilik yalnız Android istifadəçiləri üçün keçərli xarakter daşıyır. Yaxın zamanda isə digər platformalar da bu yenilikdən yararlana biləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi