azia.az
azia.az

“Kiminsə ərini əlindən almamışam ki…”

24-12-2018, 13:30

“Kiminsə ərini əlindən almamışam ki…”

“Azia.az” xəbər verir ki, Rəqqasə Fatimə Fətəliyeva 11 ildir mətbuatdan gizli saxladığı həyat yoldaşından danışıb. “X maqazin” proqramına qonaq olan rəqqasə ərinin mediada yayılan fotolarından narahat olduğunu qeyd edib:

“Bu yaxınlarda məni incidən xəbər oldu. Şəxsi “WhatsApp”ımda ailə üzvlərimin şəklini paylaşmışam. Jurnalist nə ixtiyarla həyat yoldaşımın fotolarını götürüb saytda xəbər yazır? Sosial şəbəkələrdə şərh yazırlar ki, bunlar həyat yoldaşlarını niyə gizlədir? Tanıyanlar bilir ki, 11 ildir ki, normal ailəm var. Mən kiminsə ərini əlindən almamışam ki, gizlədim, Kimdənsə qorxub çəkinmirəm. Bu insan sosial şəbəkələrdə görünmək istəmir. Onun xarakteri belədir”.

Qeyd edək ki, F. Fətəliyeva Xəyal adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı var. Rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı dünyaya gəlib.



Aybəniz abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi