azia.az
azia.az

"Oxumadan-bilmədən təhqirlərini yağdırır e üstümüzə..." - deputat

18-06-2020, 12:45

"Oxumadan-bilmədən təhqirlərini yağdırır e üstümüzə..." - deputat

“Son bir həftədə Azərbaycanın baş bəlası olan və normal təhsil almadan sosial şəbəkəyə doluşaraq öz cahil görüşlərini diqtə etməyə çalışanlarla amansız mübarizə apardım. Populist, əzbər, savadsız görüşlərinə şərik olmayanları linç edən bu sürü ilə sonadək çarpışdım və yerlərində oturtdum”.

“Azia.az” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, şəxsinə, yaxınlarına qarşı hər cür tərbiyəsizlik etdilər, hər cür şantaja, böhtana əl atdılar, bircə normal intellektual mübarizə apara bilmədilər.

“Yazılarımla, mövqeyimlə anlatdım ki, bundan sonra da qaragüruhçuların və qaragüruhçuluğun qarşısında ən sərt formada duracağam və imkan verməyəcəyəm ki, Azərbaycanda bəzi ziyalı adlandırılan məxluqları öz "oturmayan erməni" anlayışına tabe etdirdikləri kimi bizlərə də nəyisə diqtə edə bilsinlər.

Ancaq bir durum hələ də mənə anlaşılmaz qalır. Kimsə təhqiramiz yazı yazır, yaxud da mövzunu anlamadan savadsız rəy yazır, adama yazıram ki, bu danabaşlıqla yazdığımı anlamanız çətin olacaq. Bir də görürəm ki, hansısa səhifədə paylaşım edib: F.Mustafa millətə danabaş dedi. Sonra baxıram ki, novruzəlinin vecinə deyil ki, həqiqətən millətə bu söz deyilib, oxumadan-bilmədən təhqirlərini yağdırır e üstümüzə...Deyəsən hamı özünü millət, xalq yerində görür.(Yeni Sabah)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi