azia.az
azia.az

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17-06-2020, 12:07

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Xatırladaq ki, 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olunması da elə bu amillə bağlıdır.

1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılması ilə səhiyyə tarixində yeni bir səhifə açılır. 1918-ci il iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçib. Bu qərar o zaman yenicə quru-lmuş demokratik respublikanın ilk qərarlarından idi. İlk səhiyyə naziri isə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin nəzarətində olan və daimi inkişaf edən bir sahə olub.

Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azia.Az. saytı olaraq,biz də bütün səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edirik.Onlara can sağlığı ,müqəddəs olan peşə fəaliyyətlərində uğurlar arzulayırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi