azia.az
azia.az

Siyavuş Novruzovun həyat yoldaşı Ombudsman oldu

30-11-2019, 13:37

Milli Məclisin ötən günki İclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirə olundu. Ombudsman vəzifəsinə namizədlər də iclasda iştirak edirdilər .
Siyavuş Novruzovun həyat yoldaşı Ombudsman oldu
Deputat Elmira Axundova əvvəlcə keçmiş Ombudsman Elmira Süleymanova haqqında danışdı: “Əslində onu bu gün burada görmək istərdim ki, bu xoş sözləri o özü eşitsin. E.Süleymanovanın namizədliyi dahi Heydər Əliyevin vaxtında, onun bilavasitə tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu. Və bu 16-17 ildə Elmira xanımın çoxşaxəli fəaliyyəti göz önündə idi. Elmira xanım Ombudsman institutunu sıfırdan yaradaraq onu ölkəmizdə və ölkə hüdudlarından kənar çox hörmətli bir quruma çevirib”. Deputat yeni seçiləcək Ombudsmana uğurlar arzuladı.

Deputat Qüdrət Həsənquliyev çıxış edərkən əvvəlcə əvvəlki Ombudsman Elmira Süleymanovanın fəaliyyətinə tənqidi yanaşdı. Dedi ki, xüsusilə də xalq arasında “Tərtər işi” adlanan cinayət işinin istintaqı zamanı bizim bəzi hərbçilərin ermənilərə işlədiyi, sonradan bəzi şəxslərin işgəncələrə məruz qalması barədə məlumatla yayıldı. “Bu zaman Ombudsman xüsusi diqqət göstərməli idi. İşgəncələr nəticəsində həyatını itirən insanlar olub. Çox təəssüf ki, bu barədə cəmiyyətə məlumat verilmədi”. Q.Həsənquliyev dedi ki, Ombudsman olan şəxs ictimai-siyasi proseslərdən məlumatlı olmalıdır. Bundan sonra deputat namizədlər barədə müsbət fikirlər söylədi. “Mən özüm Səbinə xanıma üstünlük verirəm, hesab edirəm ki, Siyavuş müəllim (Siyavuş Novruzov-E.P. ) də Səbinə xanıma dəstək ola bilər”, Q.Həsənquliyev bildirdi. Deputat onu da dedi ki, Ombudsman haqqında qanuna dəyişiklik etməliyik: “Ombudsmanın səlahiyyət müddəti iki ildir başa çatıb, ancaq biz hələ də yenisini seçməmişik. Ona görə də elə etməliyik ki, yeni Ombudsman əvvəlki Ombudsmanın 7 illik səlahiyyət müddəti başa çatmazdan öncə seçilsin. Ona görə də qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır”.

Deputat Azər Badamov da yeni Ombudsman vəzifəsinə Səbinə Əliyevanın ən layiqli namizəd olduğunu bildirdi.



Komitə sədri Əli Hüseynli də S.Əliyevanın daha şanslı namizəd olduğunu dedi.

Səsvermə nəticəsində S.Əliyeva 104 səs topladı və yekdilliklə yeni Ombudsman seçildi. Digər namizəd Kəmalə Əliyevaya 10 səs lehinə, 28 əleyhinə səs verdi. Spiker səs verməyənlərə irad tutdu: “Təkrar səs verin”. Bu dəfə 14 lehinə, 69 əleyhinə oldu. Kəmalə Abıyevanın lehinə 13, əleyhinə 66 deputat səs verdi.



Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və millət vəkili Yaşar Əliyevin qızıdır.

Spiker yeni Ombudsmanı təbrik etdi. Bundan sonra Səbinə Əliyeva Ombudsman kimi and içdi. Ombudsman xanım çıxşında bildirdi: “Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyev ttp://report.az/persona/ilham-%C9%99liyev/ə öz dərin minnətdarlığımı bildirirəm”. S.Əliyeva ona səs verən bütün deputatlara təşəkkür etdi: “Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”. Ombudsman bildirdi ki, vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin prioritet istiqaməti olaraq qalmaqdadır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüquq və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”. S.Əliyeva bu günə qədərki təcrübəyə əsaslanaraq işləri daha da təkmilləşdirməyə çalışacağını da vurğuladı.

Gündəmin digər diqqət çəkən məsələsi barədə isə spiker deputatlara əlavə məlumat verdi. Bildirdi ki, parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar ona müraciət ediblər: “Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarlmasını istəyiblər. Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək”. Spikerin sözlərinə görə, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir: “Bu hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də bitərəf olanlara”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi