azia.az
azia.az

Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır

6-09-2019, 16:54



Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Bəli, bu qanunvericilikdə nəzərdə tutulub. Təəssüflər olsun ki, bəzi məmurların himayə etdiyi insanlar qnunvericiliyi pozaraq insanların yaşayışına təhlükə yaradırlar. Elə redaksiyaya daxil olan məlumatda bunların necə həyata keçirilməsindən və məmur bözbaşınalığının pik həddindən söhbət açılır.Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır

Xatırlatma: Azia.az-a redaksiyasına Binəqədi rayon 8-ci mkr, Cəfər Xəndan 42 ünvanında öz şəxsi obyektində xırda bizneslə məşğul olan Rübabə Əkbərova tərəfindən müraciət daxil olub. Müracitdə bildirilir: “Mən ailəmə məxsus olan obyektimizdə xırda biznes ilə məşğul oluram.
Obeyktimiz Binəqədi rayon 8-ci mkr, Cəfər Xəndan 42 ünvanında olan binanın birinci mərtəbəsində yerləşir. Eyni binada yaşayan Yaqub adlı bir sakinin binanın zirzəmisində 7kv/m qaraj sahəsi var.
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
2012-ci ildə bu vətəndaş binanın altında yerləşən qonşu obyektinin piləkənin yanında öz qarajına qapı açdırmağa cəhd edib (obyekt kimi istifadə etmək məqsədilə), lakin həmin addımın qarşısı İcra Hakimiyyətinin nümayəndələri tərəfindən alınıb və qazılmış qapı yeri bağlanıb.
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Lakin Yaqub adlı sakin 2018-ci ilin 27 May tarixində gecə saatlarında binanın birinci mərtəbəsində yerləşən iki obyektin (biri bizim obyektimiz) pilləkənlərin arasında yol açmaq üçün qazıntı işlərini aparmış və ora qapı qoydurmuşdur. Soruşulanda İcra Hakimiyyətindən icazə almışam deyirdi,(qeyri-rəsmi) lakin heç bir icazə sənədi göstərmidir. Bununla əlaqədar Binəqədi rayonun İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin sabiq müdiri Qüdsi Bayramovun qəbulunda da olmuşduq. Məsələni olduğu kimi danışdıq, məhkəməyə verin deyidi. Qeyd edim ki, ərazidə yerləşən iki pilləkənin ümumi çəkisi 10 tona yaxındır. Bu qazıntı işinə görə, hər iki pilləkənin çökmə təhlükəsi var. Görəsən binanın qəzalı vəziyyətə düşməsinə hansı maraqlar daxilində icazəni yenidən veriblər, binanın özülündə və dayaq divarlarında baş verə bilən hər hansı bir dəyişikliyə cavabdehliyi görəsən kim daşıyır?

Binəqədi rayon icra hakimiyyətinin verdiyi sənəddə, tikintinin qanunsuz olduğu bildirilir
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Hələ düz bir il əvvəl Rübabə Əkbərovanın Azərbaycan Respublikasının Birinci Vitseprezidenti Xanım Mehriban Əliyevaya yolladığı məktubun cavabı olaraq Binəqədi İcra hakimiyyətinin müavini öz imzası ilə Rübabə Əkbərovaya 6 avqust 2018-ci ildə cavab yazır.
“Sizin, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 42 ünvanda istifadənizdə olan qeyri-yaşayış obyektinin yaxınlığında aparılan qanunsuz tikinti ilə bağlı , həmçinin FHN-in TTNDA-dən eyni məzmunlu şikayət araşdırılmışdır. Əməkdaşlarımız əraziyə baxış keçirmiş , fakt öz təsdiqini tapmışdır. Həmçinin bildirilir ki, sözügedən ərazinin nəzarətdə saxlanıəlması məqsədi ilə tərəfimizdən rayonun aidiyyatı qurumlarına müvafiq göstərişlər verilmişdir. ”. Bu məktub Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun imzası ilə təsdiq olunmuşdur. Acınacaqlı hal odur ki, məktubda faktları təsdiqləyən İlqar Süleymanov hansı səbəblərdənsə işə ciddi yanaşmır.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də tikintinin qanunsuz olduğunu təsdiq edir-Sənədlərlə
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Rübabə Əkbərovanın növbəti məktubuna verilən cavabda deyilir: “Nazirliyin 13 iyun 2018-ci ildə göndərdiyi məktubda da fakt özünü bir daha təsdiq edir. Cavab məktubunda bildirilir. “Araşdırma zamçanı qeyd edilən ünvanda tikinti işlərinin aparılması faktı aşkar edilmiş və tikinti işlərinin aparılması barədə heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz işlərin qarşısının alınması, mənzilin və binanın təhlükəsiz istismarının, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin ünvandakı zirzəminin əvvəlki vəziyyətə qaytarılması üçün müvafiq tədbirlərin görülməsinə dair Binəqədi rayon icra hakimiyyətinə agentliyin rəis müavini Təyyar Hüseynlinin imzası ilə məktub daxil olmuşdur”.

Şikayətçi Rübabə Əkbərova yazır ki, bəli, 6 avqust 2018-ci ildə cavab məktubunda bu yazılıb, amma ötən gün işin yenidən başlanması barədə məlumatlar aldım. Bu da biz sakinlərdə təəssüf hissi doğurur. Təssüf ki, sözügedən yerdə aparılan işlər gözdən pərdə asmaq üçün həyata keçirilmiş, guya problem aradan qaldırılmış, əsil həqiqətdə isə problem olduğu kimi qalmaqda davam edir .
Elə buna görə də, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun ədalətli insan olduğuna inanıb xahiş edirəm ki, binanı, özünün şəxsi maraqları naminə qəzalı vəziyyətə salmağa çalışan Yaqub adlı şəxsin və onun havadarlarının bu çirkin əməllərinin qarşısının alınmasında bizə yardımçı olsunlar. Binanı qəzalı vəziyyətə salan faktları təsdiq edən şəkilləri də ünvanlayıram. Şəkillərdən də açıq aydın görünür ki, görülən işlər gözdən pərdə asmaq üçündür. Problem hələ də qalmaqdadır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Azia.az
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır
Eldar Əzizov Binəqədidə yaşayış binasını qəzalı vəziyyətə salan dırnaqarası sahibkarla bacarmır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi