azia.az
azia.az

MİDA tender elan etdi – Çoxmənzilli binaları kimlər tikəcək?

8-09-2021, 20:04

MİDA tender elan etdi – Çoxmənzilli binaları kimlər tikəcək?
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhərində çoxmənzilli binaların tikintisi üçün tender elan edib.

Dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tikinti işləri Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində aparılacaq.

Tender elanında

1. 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi;

2. 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi təklif edilir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Hər bir lot üzrə tenderdə iştirak haqqı 600 manatdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi