azia.az
azia.az

Mərkəzi Bank “Azsığorta”nın özbaşınalığının qarşısını ala biləcəkmi? - İstehlakçıların hüquqları pozulur FOTOFAKT

7-11-2020, 13:06


"Azsığorta" şirkəti sahibkarla bağladığı sığorta müqaviləsini qanunu pozaraq özbaşına xitam etmək istəyir.

“Zeytun Pharmaceuticals” MMC-nin 264 saylı Aptekindən Mubahise.az-a verilən məlumata görə 23.09.2020-ci il tarixində “AZSIĞORTA” şirkəti tərəfindən onlara bildiriş göndərilib.
Mərkəzi Bank “Azsığorta”nın özbaşınalığının qarşısını ala biləcəkmi? - İstehlakçıların hüquqları pozulur FOTOFAKT
Bildirişdə qeyd olunub ki, 26.04.2020-ci il tarixli, AZ/065825 saylı “Əmlakın yanğından və digər risklərdən sığortası şəhadətnaməsi” 23.10.2020-ci il tarixindən xitam olunacaq. Müqavilənin birtərəfli qaydada heç bir əsas göstərilmədən xitam edilməsi sığortalıda (istehlakçıda) böyük təəccüb doğurub və sığortalı “Zeytun Pharmceuticals” MMC sözügedən müqavilənin vaxtından əvvəl xitam olunmasına etiraz edib.

Bununla bağlı sığortalı (istehlakçı) Mərkəzi Bankın İstehlakçılarla iş departamentinə şikayət edib.

Sığorta şirkətindən verilən məlumata görə,onlar Mülki Məcəllənin 919.1.9-cu maddəsinə əsasən istənilən an könüllü sığorta müqaviləsinə xitam verə bilərlər.

Məsələ ilə bağlı sığorta sahəsi üzrə ekspert T.Şükürov redaksiyamızın suallarına cavabda göstərib ki, Mülki Məcəllənin 919.1.9-cu maddəsinə əsasən sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər: “Lakin sığorta şirkəti müqavilənin vaxtından əvvəl xitam verilməsini əsaslandırmalıdır. Yəni, sığorta şirkəti heç bir əsas olmadan sığorta müqaviləsinə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilməz. Ümumiyyətlə, mülki hüquq sahəsində öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

Onda belə çıxır sığorta şirkətləri qış aylarında sinoptiklərin proqnozuna baxaraq, risklərindən ehtiyatlanıb daşınmaz əmlak üzrə bağladıqları bütün müqavilələri xitam edə bilərlər? Əlbəttə ki, bu cür yanaşma istehlakçıların ziyanına olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi