azia.az
azia.az

Messidən daha bir rekord

6-04-2019, 08:15

Messidən daha bir rekord
İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Avropanın 5 çempionatı arasında son 5 ildə cərimə zərbəsindən ən çox qol vuran futbolçudur.

azia.az xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu son beş mövsümdə cərimə zərbəsindən 20 qol vuraraq bu nəticə ilə birinci olub. “Yuventus”un bosniyalı yarımmüdafiəçi Miralem Pyaniç 11 qolla ikincidir. İlk üçlüyü “Yuventus”un hücumçusu Paulo Dibala 9 qolla tamamlayıb. Dördüncü və beşinci pillələrdə “Valensiya”nın yarımmüdafiəçisi Daniel Parexo (9 qol) və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo (4) qərarlaşıblar.

Qeyd edək ki, Lionel Messi cari mövsümdə cərimə zərbəsindən 7-i dəqiq yerinə yetirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi