azia.az
azia.az

Çempionlar Turu: Rəcəbov və Məmmədyarovun ümumi qazancı açıqlanıb

3-05-2021, 14:59


..Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5 raundundan sonra turnir cədvəli açıqlanıb.
Çempionlar Turu: Rəcəbov və Məmmədyarovun ümumi qazancı açıqlanıb


İnterAz-ın məlumatına görə, "New In Chess" adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.



1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.



Çempionlar Turunun VI mərhələsi mayın 23-də start götürəcək.



Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi