azia.az
azia.az

Bakıda “07” dəhştəli qəzaya səbəb oldu: Prado aşdı, Opel çevrildi – Video

29-05-2019, 17:10

Bakıda “07” dəhştəli qəzaya səbəb oldu: Prado aşdı, Opel çevrildi – Video
Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb.

Yükdaşıma qaydalarını pozan VAZ 2107 markalı avtomobil üzərində standartlara uyğun olmayan “baqaj” var. Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə düzəldilmiş “baqaj” yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir. “Prado”nun sürücüsü avtomobili qaçırtmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü çaşdırır. “Opel” sürücüsü isə idarəetməni itirərək “Prado” ya çırpılır. Nəticədə “Prado” açaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə dönərək dəmir arakəsmələrə dəyib dayanır.

Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan VAZ 21 07-nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir.

Minval.info Avtosfer.az-a istinadən bu dəhşətli qəzanın görüntülərini təqdim edir:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi