azia.az
azia.az

Azərbaycanda mikroavtobus aşdı, 17 nəfər xəsarət aldı

20-04-2017, 17:20

Azərbaycanda mikroavtobus aşdı, 17 nəfər xəsarət aldı

İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub

Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

İstiPress-in Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə ikisi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.

İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi