azia.az
azia.az

Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı növbəti tükürpədici fakt ortaya çıxdı

10-03-2017, 12:29

Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı növbəti tükürpədici fakt ortaya çıxdı


Sumqayıt Dövlət Universitetinin tələbələri dekanın gözü qarşısında keçiniblər

Bakı-Sumqayıt yolunda 5 nəfərin həlak olduğu, 20 nəfərin isə yaralandığı ağır qəzanın əlavə detalları məlum olub. Hadisə şahidlərinin Sputnik Azərbaycan-a bildirdiklərinə görə, Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan "Ford Tranzit" markalı avtomobilin arxası ilə, bu ali təhsil müəssisəsinin dekanı (adı çəkilmir) öz maşınında gedirmiş.

Mikroavtobus arxadan yol kənarında dayanmış yük maşınına çırpılanda dekan maşınını saxlayıb. Dekan bu anda hələ avtobusda öz tələbələrinin olduğunu bilmirmiş.

Yaxına gələndə isə o, yaralıların çoxluğundan dəhşətə gəlib. Həmin məqamda hələ heç kəs ölməyibmiş. Zərərçəkənlərin öz tələbələri olduğunu görəndə dekan daha böyük şok yaşayıb. Bir neçə dəqiqədən sonra isə tələbələrdən ikisi dekanın gözləri qarşısında keçinib.

Hadisə şahidlərinin sözlərinə görə, mikroavtobus sürücüsü sürət həddini aşıb. Həmçinin məlum olub ki, avtobusun sürücüsü tələbələrlə razılaşmaya görə, hər gün onları Bakıdan Sumqayıta aparırmış.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Dəhşətli qəzada həyatını itirən 5 tələbənin adları məlum olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a məlumat verib. Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır.

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. O, əməliyyat olunub, vəziyyəti ağırdır. İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

Qəzada xəsarət alanların da bəzilərinin adları məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətndən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər — Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı daha iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi