azia.az
azia.az

Hakim köməkçisi özünü öldürmək istədi - BORCA GÖRƏ

3-07-2016, 03:26

Hakim köməkçisi özünü öldürmək istədi - BORCA GÖRƏ Şəki Ağır Cinayətlər Məhkəməsi hakim köməkçisinin intihara cəhd etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Məhkəmədən APA-ya verilən məlumata görə, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyən Spartak İsmayılov bu ilin martında öz ərizəsi ilə işdən çıxarılıb. Hazırda o rayonda fəaliyyət göstərən banklardan birində hüquqşünas vəzifəsində çalışır.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyir. Onun külli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi