azia.az
azia.az

Rusiyada 2 erməni iş adamı öldürülüb

27-09-2017, 15:40

Rusiyada 2 erməni iş adamı öldürülüb Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərindəki avtoservisdə baş verən atışmada 2 erməni iş adamı ölüb, daha 3-ü yaralanıb.
Hadisə yanvarın 31-də baş verib. “Mercedes” markalı avtomobillə avtoservisə gələn 5 erməni orada olanlara atəş açıblar. Hadisə şahidlərinin ifadələrinə görə, avtoservisdəki şəxslər də silahlı olub. “Öldürülənlərdən biri, 1956-cı il təvəllüdlü Qrayr Vardanyan Rusiyada yaşayır, digəri isə 1971-ci il təvəllüdlü Armen Xurşudyandır. Hər ikisi bizneslə məşğul olub, münaqişədə fərqli tərəflərdən çıxış ediblər”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Atışmada təxminən 10 nəfərin iştirak etdiyi deyilir. Zərərçəkənlərin hamısı polis tərəfindən nəzarətə götürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi