azia.az
azia.az

50 nəfəri öldürən şəxsin arvadı: “Qısa müddət sonra vəhşiləşdi”

13-06-2016, 19:12

50 nəfəri öldürən şəxsin arvadı: “Qısa müddət sonra vəhşiləşdi” ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda 50 nəfərin ölümü ilə nəticələnən terror aktını törədən cinayətkarın ailəsi danışıb.

Gün.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ömər Mətinin qohumları istintaqa ifadələrində bildiriblər ki, o, homoseksuallara qarşı düşmənçilik bəsləyirdi.

Qatilin atası Seddik Mətin NBC-yə açıqlamasında bildirib ki, onun oğlunun radikal dinlərlə heç bir əlaqəsi olmayıb, o sadəcə olaraq geyləri sevməyib.

Terrorçunun 2009-cu ildə internetdə tanış olub, daha sonra evləndiyi həyat yoldaşı Sitora Yusufiy də əri ilə bağlı maraqlı açıqlamalar verib:

“Əvvəllər normal insan kimi görünürdü, lakin qısa müddət sonra vəhşiləşdi. Hücumun dinlə əlaqəli olduğunu düşünmürəm. Daha çox ruhi xəstəliklə bağlıdır. Ruhi sağlamlığı yerində deyildi. Bir neçə ay sonra məni döyməyə başladı. Ailəm məni qurtardı. Evliliyimiz ərəfəsində silahı vardı. Tez əsəbiləşərdi və hər şeyə nifrət edərdi”.

Mətinin sinif yoldaşları CNN-ə müsahibələrində qeyd ediblər ki, onun psixi durumu 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra dəyişmişdi.

Həmsöhbətlərdən biri deyib ki, Mətin özünü “bir nömrəli terrorçu”, “Əl Qaidə” lideri Usama Ben Ladeni isə dayısı adlandırırdı. Lakin telekanal bunun zarafat məqsədilə deyildiyini istisna etməyib. Sinif yoldaşlarından biri isə Mətinin belə bir qətliam törədəcəyinə inanmadığını bildirib.

Bundan başqa, məlum olub ki, Ömər Mətin həmin klubu hədəf seçməmişdən əvvəl digər bu tipli gey-klubları araşdırıb.

Eyni zamanda, terrorçunun radikal imam Markus Dueyn Robertsonla əlaqəli olduğu ortaya çıxıb.

Qeyd edək ki, baş verən faciə ilə bağlı Eyfel qülləsi ölənlərin xatirəsini anmaq üçün bu gün gecə LGBT bayrağının rənglərinə boyanacaq.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb.

“Pulse” gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi