azia.az
azia.az

Ermənistana daha bir qanunsuz silah partiyası ötürüldü - FOTOFAKT

2-11-2020, 03:13


Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilən silah-sursat axını davam edir
Ermənistana daha bir qanunsuz silah partiyası ötürüldü - FOTOFAKT
KONKRET.az xəbər bildirir ki, əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusu Ermənistan ordusunun zirehli maşınlarını və artilleriya bölmələrini məhv edib, əksər hərbi hissələrin silah-sursat anbarlarını ya darmadağın edib, ya da ələ keçirib. Nəticədə erməni birləşmələri Qarabağdakı hərbi əməliyyatlarda ciddi silah və hərbi texnika çatışmazlığı ilə qarşılaşıb.

Maliyyə iflasına görə Ermənistan birbaşa silah ala bilmir. Buna görə də qaçaqmalçılıq sxemləri işə düşüb: xarici ölkələrdəki erməni əsilli oliqarxlar sərnişin və ya humanitar uçuşlar adı altında qanunsuz olaraq texnika, silah və muzdluları Ermənistana göndərir.

Buna misal olaraq bu gün “Mineralnıye Vodı”dan daha bir silah partiyası hava yolu ilə İrəvana çatdırılıb.
Ermənistana daha bir qanunsuz silah partiyası ötürüldü - FOTOFAKT
Döyüş meydanında sarsıdıcı məğlubiyyətlərə düçar olan Ermənistan hələ də ümid edir ki, bu yolla Azərbaycan Ordusunun irəliləməsini dayandıracaq.

Lakin heç bir qaçaqmalçılıq Ermənistanı və Qarabağ separatçılarını xilas edə bilməz. Azərbaycan Silahlı Qüvvələri işğalçıların nəzarətində olan əraziləri, kəndləri və şəhərləri bir-birinin ardınca azad edərək əks-hücum əməliyyatını qalibiyyətlə davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi