azia.az
azia.az

Dünyanın ən bahalı rəsmi Səudiyyə şahzadəsinin yaxtasındadır

11-06-2019, 08:36

Dünyanın ən bahalı rəsmi Səudiyyə şahzadəsinin yaxtasındadır
Məşhur rəssam Leonardo da Vinçinin qiyməti yarım milyard dollar olan "Dünyanın xilaskarı" ("Salvator Mundi") rəsmi Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Əl Səudun yaxtasında saxlanılır.

"Report"un məlumatına görə, bu barədə "The Guardan" bildirib.

Qeyd edilir ki, ölkə hakimiyyəti Əl-Uledə mədəniyyət mərkəzini inşa etdirənə qədər dünyaca məşhur incəsənət əsəri şahzadənin gəmisində saxlanılacaq. Məlumata görə, da Vinçinin əsərinin ora yerləşdirilməsi planlaşdırılır. Yaxta özü isə Misirin kurort ərazisi Şarm-əş-Şeyxdədir.

Xatırladaq ki, "Dünyanın xilaskarı" rəsmi 2017-ci ildə Nyu-Yorkun "Christie's" hərracında satılıb. Həmin vaxt rəsm üçün 450 milyon dollar ödənilib. "Dünyanın xilaskarı" əsərində göy paltarda İsa peyğəmbər (ə) təsvir edilib. O, sol əlində kürə şəklində şüşə şar tutub, digər əlini isə xeyir-dua üçün qaldırıb. Sənət əsəri təqribən 1500-cü ildə çəkilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi