azia.az
azia.az

Azərbaycanın invaziv florasına dair ilk məlumatlar

26-09-2018, 08:53

Son illərdə iqlim şəraitinin dəyişilməsi ilə əlaqədar dünya florasında, o cümlədən Azərbaycanda invaziv (yad, kənardangəlmə) növlərin sürətli, geniş miqyaslı artımı və miqrasiyası müşahidə edilir. Bu təbii ekosistemlərdə ciddi dəyişikliklərə səbəb olaraq, ölkənin ekoloji təhlükəsizliyinə zərbə vurur.
Azərbaycanda invaziv bitkilərin yayılmasına dair ilk ətraflı məlumat AMEA Botanika İnstitutunun aparıcı elmi işçisi, dosent R.T. Abdıyevanın kitabında təqdim edilir. Bu kitabda fitoinvaziv problemlər haqda ümumi məlumat və ilk öncə tədqiqi və monitorinqi tələb olunan 64 yad bitki növlərinin “qara siyahısı” təqdim olunur. Hər bir növün yerli adı, ilkin arealı, ölkənin botaniki-coğrafi bölgələrində yayılması göstərilir. Bu bitkilərin biologiyası və ekologiyası, habelə Azərbaycanda invaziv statusu ilə bağlı bəzi məlumatlar da təqdim edilir.


AMEA Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs M.Qurbanova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi