azia.az
azia.az

Türk maşınları İrəvanın baş meydanında nə gəzir? Ermənilər ŞOKDA - VİDEO

16-09-2021, 09:12


Xəbər verdiyimiz kimi, dünən, sentyabrın 14-də Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı sentyabrın 21-də keçiriləcək tədbirlərlə əlaqədar təşkilati işlər zamanı İrəvanın Respublika meydanında Türkiyəyə məxsus bir neçə yük maşını peyda olub. Və bu, istər Ermənistan, istərsə də Azərbaycana məxsus media və sosial şəbəkə seqmentlərində suallara səbəb olub.
Türk maşınları İrəvanın baş meydanında nə gəzir? Ermənilər ŞOKDA - VİDEO
Moderator.az xəbər verir ki, Ermənistanın News.am saytı bu gün məsələyə aydınlıq gətirib. Nəzərdə tutulan tədbirdəki layihənin prodüseri olan "Domino Production" un qurucusu Aşot Arakelyan erməni müxbirlərə açıqlamasında bildirib ki, yük maşınları doğrudan da Türkiyəyə məxsusdur, amma içərisindəki yüklər Almaniyadan gətirilib.

"Bu, bir Almaniya şirkətinin çəkiliş sistemidir; yalnız Almaniyada belə bir sistem var. Tədbir zamanı istifadə olunması üçün sifariş etmişik. Almanlar sistemi çatdırmaq üçün bir ekspeditor şirkətinə üz tutdular və o, Ermənistana Türkiyə üzərindən gəldi. Bu, qanun pozuntusu deyil. Burada türk məhsulu yoxdur. Bütün bunlar yalandır" -deyib A.Arakelyan.

Xəbərdə o da qeyd edilir ki, Mika Badalyan adlı bloger teleqram-kanalında İrəvandakı Respublika Meydanında Ermənistanın Müstəqillik Gününü qeyd edərkən istifadə ediləcək avadanlıqların Türkiyə maşınından necə boşaldıldığını göstərən bir video yayımlayıb. Görüntülərə görə, sözügedən yük maşınının Türkiyənin tanınmış "Öztürk Özkan" şirkətinə məxsus olduğu məlum olur. Erməni bloger Türkiyə avtomobilinin İrəvana gəlməsindən hiddətlə danışır…
Türk maşınları İrəvanın baş meydanında nə gəzir? Ermənilər ŞOKDA - VİDEO
Bütün hallarda qədim Azərbaycan şəhəri İrəvanda Türkiyəyə məxsus avtomobillərin görünməsi müsbət siqnaldır…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi