azia.az
azia.az

Deputat Malik Həsənovdan XƏBƏR VAR:Cəlilabaddan Çexiyaya qədər uzanan FANTASTİK SƏRVƏT – İDDİA

1-02-2021, 19:27

Deputat Malik Həsənovdan XƏBƏR VAR:Cəlilabaddan Çexiyaya qədər uzanan FANTASTİK SƏRVƏT – İDDİA
Mülkləri Cəlilabaddan Bakıya, Çexiyadan Dubaya qədər uzanan biznesmen deputat Malik Həsənovun inanılmaz sərvətinin olması iddia olunub.
KAİm.az – ın xəbərinə görə, “facebook” sosial şəbəkəsində yayımlanan “Cəlilabadımız” adlı səhifədə bu barədə məlumatlar yayılıb.

Bildirilib ki, qardaşının gücünə erkən parlament seçkilərində qutudan güclə çıxarılan, sərvət yığmaq yolunda iri addımlarla irəliləyən M.Həsənovu rayon camaatı çıraqla axtarır. Seçkiöncəsi qapı-qapı, ev-ev səs üçün gəzən Həsənovlar, rayona gələndə ancaq mülklərinə və obyektlərinə baxmaqdan ötəri təşrif edirlər. Bitib, tüknməyən mülklərin və öbyektlərin sahibi M.Həsənovun YÜKSƏLİŞDƏN qabaq QAZ-53-dən başqa gümanı gələn qiymətli nəyisə olmayıb. Amma indi maşallah, Cəlilabaddan Bakıya, Çexiyadan, Dubaya qədər höküm sahibidir.

Ləğv edilmiş MTN-nin keçmiş rəhbərinin siyahısından deputat seçilməsi və bu dayaq hesabına “Medilan hospital”ın, Bakıda və Cəlilabadda çox sayda iri obyektlərin sahibi M.Həsənovun olması ilə bağlı Beynəlxalq araşdırmaçı jurnalistlər də maraqlı yazılarla çıxış etməlri elədə uzaq tarix deyil.

Beləki, bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) yayılan son araşdırmasında bir çox oliqarx vəzifə sahibləri ilə yanaşı Malik Həsənovun da adı keçirdi.

Qeyd edilirdi ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovun da adı var idi. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş deputat M.Həsənov o qədər pulları hardan əldə etməsi, Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) işçi qrupu trəfindən sual da edilmişdi. Amma nə fayda…!

Dupayda və Avropada fantastik daşınmaz əmlaka sahibi, “AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovun sərvəti bununla bitmir. Onun Türkiyədə və Azərbaycanda sahib olduğu otellər, firmalar, şirkətlər və iri obyektlərinin də siyahısını oxuculara təqdim etməyə çalışacağıq. Bizi izləyin!

Onuda bildirək ki, Wikipedia -da deputat Malik Həsənovla bağlı məlumat axtardıq. Deputatın bioqrafiyası ilə bağlı nəsə tapa bilmədik. Wikipedia bizə cavabı belə oldu:

“Şəxs haqda olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin,
7 saylı Cəlilabad şəhər seçki dairəsi

Doğum ili: 1971

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

İctimai birliklər və dini qurumlar komitəsinin uzvü

Regional məsələlər komitəsinin üzvü

Deputatla əlaqə”

KAİM.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi