azia.az
azia.az

Rusiyadan Ermənistana silah daşınması davam edir

11-10-2020, 10:21


Rusiyadan Ermənistana silah daşınması davam edir
Ermənistan humanitar yük adı altında qanunsuz silah daşınmasını davam etdirir.
Rusiyadan Ermənistana silah daşınması davam edir
Bir gün əvvəl virtualaz.org Ermənistana silah ötürmə əməliyyatında "Ermənistan-Avia", "Nord-Star" və "Atlantis Armenian Airlines" hava yollarının mülki təyyarələrinin iştirak etdiyini yazmışdı.

Xüsusilə, okyabrın 3-də Xarici İşlər nazirinin müavini Şavarş Köçəryanın idarə heyəti Yerevan hava limanına gəlib. Oktyabrın 4-də Baş nazirin müavini Mger Qrigoryan Moskvadan vətəninə qayıdıb. Oktyabrın 6-da isə "Mineralnıye Vodı"dan "Atlantis Armenian Airlines" aviaşirkətinin təyyarəsi gəlib.

Hər üç təyyarənin göyərtəsində "İqla-S" zenit raket sistemləri, "Kornet" tank əleyhinə idarə olunan raket sistemləri, "OSA" qısa mənzilli zenit raket sistemləri üçün komponentlər, xüsusən 9MZMZ zenit idarəolunan raketləri olub.

"Kornet" tank əleyhinə idarə olunan raket sistemi

Virtualaz.org-a məlum olduğu kimi, "Kornet" tank əleyhinə idarə olunan raket sistemlərinin daha bir yükü "Mineralnıye Vodı"dan Yerevana uçan "Atlantis Armenian Airlines" təyyarəsi ilə Ermənistana çatdırılıb. EK-3200 reysi isə bu gün yola düşüb.

Qeyd etmək lazımdır ki, bu aviaşirkət dəfələrlə qaçaqmalçılıq və qanunsuz silah tranziti ilə yaxalanmış və hətta Aİ-nin sanksiyaları altındadır, lakin bu, onun Rusiyadan Ermənistana uçmasına mane olmur.

Bu dəqiqələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana mülki təyyarələrlə qanunsuz silah daşınması ilə bağlı açıqlama verib.

"Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır. Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - H. Hacıyev Tvitter hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi