azia.az
azia.az

Diqqətsizliyin beləsi: Yanlışlıqla 1000 toyuq satın aldı – Qəribə olay

6-11-2019, 12:10

Diqqətsizliyin beləsi: Yanlışlıqla 1000 toyuq satın aldı – Qəribə olay
Yeni Zelandiyada Stiv Morro adlı şəxs bir hərrac saytında gördüyü elana verdiyi bir təkliflə 1000 toyuq satın alıb. Teleqraf.com xəbər verir ki, Morro onu yanlış anladıqlarını bildirib.Saytdakı satış “Bir 1000 toyuq” (“One 1000 hens”) adıyla həyata keçirilib.Stiv elanı gördükdən sonra təklif verib. Satış səhifəsində, eyni zamanda “Təcili olaraq 1000 ədəd toyuğumuzu başqa bir yerə aparmaq lazımdır” yazılmışdı. Kiçik ferma bağlanırdı və toyuqlara başqa bir ferma axtarılırdı.Morro isə bu təklifi yerinə yetirəcəyi halda, hərracda istədiyi qədər toyuq alacağını düşünürdü. Amma işlər istədiyi kimi getmədi. Morro səhəri gün hərracı təşkil edən şəxs tərəfindən zəng ediləndə şoka düşdü. O, Morronun 1000 ədəd toyuğun yeni sahibi olduğunu dedi.Stiv Morro satıcı ilə danışarkən elanın qarışıq olduğunu desə də, hərracı təşkil edən Metyu Blomfild onunla razılaşmadı. Metyu elanda ən az üç dəfə satışın 1000 ədəd toyuq üçün təşkil edildiyinin yazıldığını dedi.Məcburiyyət qarşısında qalan Morro toyuqları alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi