azia.az
azia.az

"Korrupsiyanın tüğyan etdiyi ölkədə inkişafdan və qanunun aliliyindən söhbət gedə bilməz"

28-06-2019, 10:32

"Korrupsiyanın tüğyan etdiyi ölkədə inkişafdan və qanunun aliliyindən söhbət gedə bilməz"
Dünən bəlli oldu ki, Ukraynanın yeni seçilmiş prezidentinin 12 727 qrivni, yəni 819 manat olan aylıq məvacibi inanılmaz dərəcədə aşağıdır. Belə çıxır ki, Azərbaycanda nəinki mərkəzi icra hakimiyyəti orqanında çalışan, hətta yerli icra hakimiyyətindəki bəzi məmurlarımız Zelenskidən çox maaş alırlar.
Əslində bu cür məbləğ Ukraynada korrupsiyanın mövcud durumunu əks etdirmirmi? Yüksək məvacib insanın tərbiyyə olunmasında, gözütox olmasında həlledici amildirmi? Görəsən, Zelenski bu maaşla ölkəni total korrupsiya bataqlığından xilas edə biləcəkmi?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az - a açıqlamasında deyir ki, populizmlə uzağa getmək olmaz:
"Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün hakimiyyət təmsilçilərinə onların layiqli həyatını təmin edəcək qədər məvacib verilməlidir. Əks halda məmurlar nəzarətedici orqanların əməkdaşları ilə cinayət əlaqəsinə girib büdcə vəsaitlərini oğurlayaraq, biznes adamlarını soyacaqlar. Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq. Elçibəy nümunəsi göz önündədir.Korrupsiyanın tüğyan etdiyi ölkədə isə iqtisadi inkişafdan və qanunun aliliyindən söhbət gedə bilməz. Populizmlə uzağa getmək olmaz. Korrupsiyanın qarşısının alınması üçün Sinqapur təcrübəsi öyrənilməlidir. Məmurun maaşından edilən qənaətdən milyon dəfələrlə artığı oğurlanacaq. Oğurlanan pullar isə camaatın cibindən çıxarılır, əlavə ağırlaşdırıcı təsiri isə mənəviyyat pozulur, iqtisadiyyat inkişafdan qalır. Məmurların maaşının qaldırılmasına qarşı çıxanlar bu sadə həqiqəti dərk edə bilsələr yaxşı olar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi