azia.az
azia.az

Şəhid atası Quba icra hakimiyyətindən narazılıq etdi - "Bir ata kimi bütün şəhidlərin qarşısında baş əyirəm"

14-04-2017, 15:21

Şəhid atası Quba icra hakimiyyətindən narazılıq etdi - "Bir ata kimi bütün şəhidlərin qarşısında baş əyirəm"

2014-cü ilin avqust ayında cəbhədə baş verən şiddətli döyüş zamanı şəhid olmuş Elnur İbrahimovun atası Məhiyəddin İbrahimov oğlunun adının əbədiləşdirilməməsindən narazıdır.

Şəhidin atası Məhiyəddin İbrahimov Modern.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, konkret cavab verilməyib.

“Oğlumun adının əbədiləşdirilməsi ilə bağlı Müdafiə Nazirliyinə getmişəm. Nazirliyin Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyevlə görüşmüşəm. O, oğlumu 3-cü dərəcəli medalla təltif edərək mənə təqdim edib. Quba Rayon İcra Hakimiyyətinə də müraciət etmişəm. Hələ ki, cavab gözləyirəm.

Qubanın mərkəzində yaşayıram. Bir oğlum var. Evlidir. Nəvəmə şəhid olan oğlum Elnurun adını qoymuşam. Sağlığında deyirdi ki, “qardaşımın uşağı olsa, hərbi xidmətdən gəlib adını Əli qoyacam”. Elə oldu ki, Elnur şəhid oldu. Mən də onun adını nəvəmə qoymalı oldum. Bir ata kimi bütün şəhidlərin qarşısında baş əyirəm. Hamısı bu vətənin övladlarıdır”.

Şəhidin atası deyir ki, oğlunun adı əbədiləşdirilsə, heç olmasa təsəlli yeri olar.

“Bir ata kimi oğlumun xatirəsini yaşatmaq istəyirəm. Oğlum Tərtərin Qapanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid olanda 19 yaşı vardı. Oğlum döyüş zamanı xüsusi qəhrəmanlıq göstərib. Ona görə də oğluma layiqli qiymət verilsəydi, heç olmasa təsəlli yerim olardı. Çox istəyirəm ki, hansısa küçə, ya da park oğlumun adını daşısın. Mən də nəvəmi, oğlumun anasını götürüb həmin yerə gedim və təsəlli tapım”.

Şəhid atası Quba icra hakimiyyətindən narazılıq etdi - "Bir ata kimi bütün şəhidlərin qarşısında baş əyirəm"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi